Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 3 % artıb"

Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 3 % artıb" Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9% artaraq 11 244,2 milyon kVt/saat təşkil edib.
Energetika
18 İyun , 2022 10:09
Pərviz Şahbazov: Azərbaycanda elektrik enerjisi istehsalı 3 % artıb

Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisinin istehsalı 2,9 % artaraq 11 milyard 244,2 milyon kVt/saat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

"Bu dövrdə ixrac 538,4 milyon kVt/saat, idxal isə 60,5 milyon kVt/saat olub.Yanvar- may aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 118 milyon kVt/saat artımla 930,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi