Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq
Energetika
28 Dekabr , 2015 20:29
Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildiriblər ki, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 millimetrlik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 29-da saat 9-dan 18-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi