Paytaxtda elektrik enerjisi istehsalı 29% azalıb

Paytaxtda elektrik enerjisi istehsalı 29% azalıb Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində 875 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
Energetika
1 May , 2019 17:14
Paytaxtda elektrik enerjisi istehsalı 29% azalıb

Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində 875 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin yanvar-mart aylarına nisbətən 29,2% azdır.

Bu ilin ilk rübündə paytaxtda 35,9 mln. kubmetr suyun təmizlənməsi və bölüşdürülməsi həyata keçirilib ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi