Pasxa bayramı Azərbaycan neftinin qiymətini sabit saxlayıb

Pasxa bayramı Azərbaycan neftinin qiymətini sabit saxlayıb "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyərək 56,44 dollar/barel səviyyəsində qalıb
Energetika
15 Aprel , 2017 11:43
Pasxa bayramı Azərbaycan neftinin qiymətini sabit saxlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Pravoslav xristian icmasının Pasxa bayramı keçirməsi səbəbindən ötən gün əksər Qərb birjaları işləməyib. 

“Report” xəbər verir ki, bu səbəbdən də Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti dəyişməyərək 56,44 dollar səviyyəsində qalıb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Onu da qeyd edək ki. neft satışı ilə bağlı növbəti hərrac aprelin 18-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi