“Palçıq pilpiləsi” yatağında bir özül əsaslı təmirdən sonra istismara verilib

“Palçıq pilpiləsi” yatağında bir özül əsaslı təmirdən sonra istismara verilib Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb
Energetika
22 avqust 2017 08:48
“Palçıq pilpiləsi” yatağında bir özül əsaslı təmirdən sonra istismara verilib

Bakı. 22 avqust. REPORT.AZ/ “Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılıb, pilləkənlər və məhəccər çəpəri tikilib.

“İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib”,- deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi