Pakistan SOCAR-la LNG qiymətinin müzakirəsi üçün Komitə yaradıb

Pakistan SOCAR-la LNG qiymətinin müzakirəsi üçün Komitə yaradıb Bakı. 27 mart. REPORT.AZ/ Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsinin razılığı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Pakistan LNG Limited” (PLL) şirkəti arasında LNG (Liquified Natural Gas - Mayeləşdirilmiş təbii qaz) qiymətinin müzakirəsi üçün Qiymət Müzakirə Komitəsi yaradılıb.
Energetika
27 Mart , 2018 15:55
Pakistan SOCAR-la LNG qiymətinin müzakirəsi üçün Komitə yaradıb

Bakı. 27 mart. REPORT.AZ/ Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsinin razılığı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Pakistan LNG Limited” (PLL) şirkəti arasında LNG (Liquified Natural Gas - Mayeləşdirilmiş təbii qaz) qiymətinin müzakirəsi üçün Qiymət Müzakirə Komitəsi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press of Pakistan”a bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Pakistan arasında ötən il imzalanan hökumətlərarası müqavilədən sonra PLL şirkəti SOCAR-la LNG nəqli ilə bağlı danışıqlar aparır. Müqavilənin ardınca Pakistan dövləti neft məhsullarının alışı və satışı, LNG nəqli və LNG terminallarının yaradılması üçün Dövlət Neft Şirkəti (PSOCL), PLL, “Pakistan LNG Terminal Limited” (PLTL), Neft və Qaz İnkişaf Şirkəti (OGDCL), “Pakistan Petroleum Limited” şirkətlərinə danışıqların aparılması səlahiyyətini verib.

Azərbaycan tərəfindən isə səlahiyyətli şirkət SOCAR-dır.

Mənbələrin bildirdiklərinə görə, neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə Pakistan Dövlət Neft Şirkəti tərəfindən hazırlanıb.

Mənbələr bildiriblər ki, Pakistanda LNG sektoruna investisiya qoymağa böyük şirkətlər maraq göstərib.

Son xəbərlər

Orphus sistemi