Pakistan Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

Pakistan Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir Pakistan Azərbaycanın enerji sahəsindəki təcrübəsindən bəhrələnməyə böyük əhəmiyyət verir.
Energetika
5 Sentyabr , 2019 15:15
Pakistan Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

Pakistan Azərbaycanın enerji sahəsindəki təcrübəsindən bəhrələnməyə böyük əhəmiyyət verir.

Bu barədə “Report”a Pakistanın Xayber Paxtunxva əyalətinin informasiya naziri Şəfqət Əli Yusifzai bildirib.

“Azərbaycanın enerji sahəsindəki zəngin təcrübəyə malik olmasından xəbərdarıq. Əyalətimiz də zəngin karbohidrogen ehtiyatlarına malikdir. Odur ki, azərbaycanlı mütəxəssislərin təcrübəsi bizim üçün çox maraqlıdır”, - deyən nazir iki ölkə arasında ticarət dövriyyəsinin də artırılmasına tərəfdar olduğunu qeyd edib: “Pakistan biznes baxımından çox əlverişli ölkədir. Bizdə turizm, kənd təsərrüfatı və başqa sahələrdə çox böyük potensial var”.

Son xəbərlər

Orphus sistemi