“Özbəkneftqaz”, SOCAR və "BP Azərbaijan" şirkətləri arasında sənədlər imzalanıb

“Özbəkneftqaz”, SOCAR və "BP Azərbaijan" şirkətləri arasında sənədlər imzalanıb
Energetika
57
16 May , 2018 19:29
“Özbəkneftqaz”, SOCAR və BP Azərbaijan şirkətləri arasında sənədlər imzalanıb

Bakı. 16 may. REPORT.AZ/ Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi çərçivəsində “Özbəkneftqaz”, SOCAR və "BP Azərbaijan" şirkətləri “Özbəkistan Respublikasında yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” və “Özbəkistanın “Özbəkneftqaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu” imzalanıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sənədləri “Özbəkneftqaz” sədrinin birinci müavini Uluqbek Saidov, SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Rayli imzalayıblar.