Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb

Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb Bakı. 14 noyabr. REPORT.AZ/ Özbəkistanın regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin qıtlığı müşahidə olunur.
Energetika
14 Noyabr , 2017 18:02
Özbəkistanın bölgələrində benzin qıtlığı yaranıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Özbəkistanın regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin qıtlığı müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Bu vəziyyətdən isə möhtəkirlər istifadə edərək yanacağı 2 dəfə baha qiymətə satırlar. Qeyd olunur ki, möhtəkirlər maksimum mənfəət əldə etmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə edərək yanacağın keyfiyyətini də aşağı salırlar.

Hazırda yalnız Daşkənddəki yanacaqdoldurma məntəqləri stabil şəkildə benzinlə tədarük olunur.

“Özbəkneftqaz" şirkətindən adının açıqlanmasını istəməyən şəxs bildirib ki, bəzi regionlardakı yanacaqdoldurma məntəqələri ayda cəmi iki dəfə yanacaq alır.



Son xəbərlər

Orphus sistemi