Özbəkistanda böyük qaz-kimya müəssisəsi tikiləcək

Özbəkistanda böyük qaz-kimya müəssisəsi tikiləcək Özbəkistanın Buxara vilayətində müasir MTO (metanoldan olefinə) texnologiyasına əsaslanan böyük qaz-kimya kompleksi inşa olunacaq.
Energetika
2 Sentyabr , 2020 13:37
Özbəkistanda böyük qaz-kimya müəssisəsi tikiləcək

Özbəkistanın Buxara vilayətində müasir MTO (metanoldan olefinə) texnologiyasına əsaslanan böyük qaz-kimya kompleksi inşa olunacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, baş sərmayədarı kimi “Özbəkneftegaz” dövlət şirkətinin və “Gazprom”un yan təşkilatlarından olan GPD-nin (Gas Project Development Central Asia) birgə müəssisəsi olan “Jizzakh Petroleum” şirkəti seçilən layihə çərçivəsində ildə 1,5 milyard yerli təbii qazın emalı ilə 500 min ton yüksək keyfiyyətli polimer, o cümlədən az qatı polietilen (LDPE), etilen vinil asetat (EVA), polietilen tereftalat (PET), polipropilen (PP) məhsullarının istehsalı nəzərdə tutulur.

“Jizzakh Petroleum” şirkətinə görə müəssisənin inşası bütövlükdə 2,8 milyard ABŞ dollarına başa gələcək. İlk dəfə ötən ilin may ayında rəsmi şəkildə açıqlanmış bu layihə Özbəkistan iqtisadiyyatının şaxələndirilməsi, yerli sənayenin inkişafı və idxalatın azaldılması, ixracata yönələn yüksək dəyərə malik məhsulların istehsalı kimi hədəfləri nəzərdə tutan planın tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi