Nazir müavini: “Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir” - EKSKLÜZİV

Nazir müavini: “Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir” - EKSKLÜZİV “Biz təbii inhisar deyəndə bütün dünyada praktiki mövcud olan və nəzəri olaraq da ən uyğun model kimi görünən bir sistemi nəzərdə tuturuq. İllər boyunca həm elektrik enerjisi, həm də qaz təchizatında təbii inhisar ən optimal model sayılıb”.
Energetika
28 Oktyabr , 2019 17:31
Nazir müavini: “Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir” - EKSKLÜZİV

“Biz təbii inhisar deyəndə bütün dünyada praktiki mövcud olan və nəzəri olaraq da ən uyğun model kimi görünən bir sistemi nəzərdə tuturuq. İllər boyunca həm elektrik enerjisi, həm də qaz təchizatında təbii inhisar ən optimal model sayılıb”. 

Bunu "Report"a açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.

Bu barədə elektrik və qaz təchizatında təbii inhisarların aradan qaldırılması ilə bağlı təklifləri şərh edərkən danışıb. 

“Bu məsələ dəmir yollarına bənzəyir. Əgər dəmir yolunda rəqabət yaratsanız, bu, qarışıqlıq yaradar, maya dəyərini yüksəldər. Eyni şey barədə elektrik enerjisi və qaz sahəsində uzun illərdir düşünülürdü. Amma son illər düşüncə bir az fərqləndi. Gəlinən nəticə budur ki, ötürmə sahəsi təbii inhisar olaraq qalmalıdır. Çünki ən effektiv şəkildə fəaliyyət təbii inhisar hesabına gerçəkləşir. Amma istehsal və təchizatı yeni rəqabətə açmaq mümkündür. Yeni nəzəriyyələr, dünya praktikasında bunu göstərən modellər ortaya çıxdı. Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir. Çünki orda rəqabət əslində qeyri-intuitiv şəkildə daha pis nəticələr verir. Amma niyə istehsalda və təchizatda artıq rəqabətin başlamasına rəvac verməyək?! Bu bütün hallarda həm dövlətin, həm də xalqın xeyrinədir", - E.Soltanov əlavə edib. 

Son xəbərlər

Orphus sistemi