Azərbaycan elektrik enerjisinin istehsalını və ixracını xeyli artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını və ixracını xeyli artırıb 2019-cu ilin iyul ayında 2,13 mlrd kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4% çoxdur.
Energetika
2 Avqust , 2019 16:28
Azərbaycan elektrik enerjisinin istehsalını və ixracını xeyli artırıb

2019-cu ilin iyul ayında 2,13 mlrd kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4% çoxdur. 

Bu barədə “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

Bildirilib ki, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. Bunun isə əsas səbəbi ötən ilin iyul ayında enerjisistemdə qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib.

Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi