Ötən il Ukraynanın qaz istehlakı 4% azalıb

Ötən il Ukraynanın qaz istehlakı 4% azalıb 2016-cı il ərzində Ukraynanın təbii qaz istehlakı 30,3 mlrd. kubmetr təşkil edib
Energetika
3 Yanvar , 2017 17:54
Ötən il Ukraynanın qaz istehlakı 4% azalıb

Bakı. 3 yanvar. REPORT.AZ/ 2016-cı il ərzində Ukraynanın təbii qaz istehlakı 30,3 mlrd. kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Ukrtransqaz” məlumat yayıb.

Bildirilib ki, ölkədə qaz istehlakı ötən il 2015-ci ilə nisbətən 4% azalıb.

İstehlak olunan təbii qazın 11,1 mlrd. kubmetri Avropadan alınıb, 20,2 mlrd. kubmetri isə daxili hasilat olub.

Şirkətin məlumatında həmçinin qeyd olunub ki, əvvəlki illə müqayisədə ötən il qaz hasilatı 1,5% artıb, idxal isə iki dəfəyədək azalıb.

Son xəbərlər

Orphus sistemi