Ukrayna ötən il Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb

Ukrayna ötən il Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb Ukrayna 2019-cu ildə Azərbaycandan ümumi məbləği 309,44 mln. ABŞ dolları olan xam neft alıb.
Energetika
28 Yanvar , 2020 11:50
Ukrayna ötən il Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb

Ukrayna 2019-cu ildə Azərbaycandan ümumi məbləği 309,44 mln. ABŞ dolları olan xam neft alıb.

“Report” Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bu, Ukraynanın ümumilikdə idxal etdiyi məhsulun  76,26 faizinə bərabərdir.

Ümumilikdə, 2019-cu ildə Ukrayna 790,63 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 3,1% çoxdur. Ötən il ümumilikdə 405,75 mln. dollarlıq xam neft idxal edilib ki, bu da 2018-ci illə müqayisədə 6% azdır.

Belə ki, ötən il ərzində Ukrayna ABŞ-dan ümumi dəyəri 91 mln. dollar, Qazaxıstandan 2,6 mln. dollar, digər ölkələrdən isə 2,71 dollarlıq xam neft idxal edib.

2019-cu il ərzində Ukrayna 0,103 min ton xam neft ixrac edib ki, onun da ümumi dəyəri 0,053 mln. dollar təşkil edib. Bütün ixrac həcmləri  iyunda Latviyaya yönləndirilib.

Son xəbərlər

Orphus sistemi