Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 mlrd. kubmetrə çatdırıb.
Energetika
16 Yanvar , 2020 12:05
Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 mlrd. kubmetrə çatdırıb.

“Report” bu barədə SOCAR-ın ötən il üzrə hesabatına əsasən xəbər verir.

Bildirilib ki, SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi “Şahdəniz” qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub.

Türkiyə bazarına ümumilikdə 9,2 mlrd. kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 mlrd. kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Gürcüstan bazarına Azərbaycan təbii qazı Qazıməmməd-Qazax kəməri və Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edir.

Son xəbərlər

Orphus sistemi