Ötən il "Saudi Aramco" xalis mənfəətini 124 % artırıb

Ötən il "Saudi Aramco" xalis mənfəətini 124 % artırıb "Saudi Aramco" şirkəti 2021-ci ilin nəticələrini əks etdirən hesabat dərc edib. Hesabatda göstərilir ki, şirkətin xalis mənfəəti 124 % artaraq 2020-ci ildəki 49 milyard ABŞ dollardan 110 milyard ABŞ dollara yüksəlib.
Energetika
20 Mart , 2022 16:15
Ötən il Saudi Aramco xalis mənfəətini 124 % artırıb

"Saudi Aramco" şirkəti 2021-ci ilin nəticələrini əks etdirən hesabat dərc edib. Hesabatda göstərilir ki, şirkətin xalis mənfəəti 124 % artaraq 2020-ci ildəki 49 milyard ABŞ dollardan 110 milyard ABŞ dollara yüksəlib.

“Report” xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada deyilir.

“Saudi Aramco”nun əməliyyatlardan əldə etdiyi pul axını əvvəlki illə müqayisədə 76,1 milyard ABŞ dollardan 139,4 milyard ABŞ dollara çatıb.

"Yaxşı nəticələrimiz maliyyə intizamımızı, dəyişən bazar şərtlərində çevikliyimizi və uzunmüddətli inkişaf strategiyamıza davamlı diqqətimizi nümayiş etdirir" - şirkətin baş direktoru Amin Nasser hesabatı şərh edərkən bildirib.

Son xəbərlər

Orphus sistemi