Yuxarı
    Bağlamaq

    Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8% artıb

    Yataqdan 10,7 mlrd. kubmetr qaz hasil edilib

    Bakı. 21 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2016-cı ildə 10,7 mlrd. standart kubmetr qaz və 2,5 mln. ton (təqribən 20 mln. barel) kondensat hasil edilib.

    “Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

    Hesabat ilində “Şahdəniz” yatağından qaz hasilatı 2015-ci ilə nisbətən 8%, kondensat hasilatı isə 8,7% artıb.

    Qeyd edilib ki, il ərzində yataq Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkəti), Türkiyə (BOTAŞ şirkəti) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

    Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

    Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

    "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

    Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi