Ötən il “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil olunub

Ötən il “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil olunub Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2017-ci ildə 10 168,1 mln. kubmetr qaz hasil olunub.
Energetika
30 yanvar 2018 10:28
Ötən il “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2017-ci ildə 10 168,1 mln. kubmetr qaz hasil olunub.

“Report” hökumətə istinadən xəbər verir ki, ötən il yataqdan qaz hasilatının həcmi 2016-cı ildən 4,7% azdır.

Hesabat dövründə ölkədə ümumilikdə 28 597,9 mln. kubmetr (2016-cı ildən 2,6% az) təbii qaz hasil edilib. Hasil olunan təbii qazın 6 089,1 mln. kubmetri Dövlət Neft Şirkəti, 12 340,7 mln. kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku, 10 168,1 mln. kubmetri “Şahdəniz”in payına düşür.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir və dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

İndiyədək “Şahdəniz” yatağından təxminən 88,5 mlrd. kubmetr qaz, təqribən, 22 mln. ton kondensat çıxarılıb.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi