Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, ötən il müxtəlif müqavilələr əsasında Gürcüstana idxal olunan təbii qazın 93%-i Azərbaycanın payına düşüb.
Gürcüstan eyni zamanda Rusiyadan Ermənistana qaz tranziti həyata keçirir. Ötən il tranzit olunan təbii qazın həcmi illik müqayisədə 15% artıb.
Hesabata əsasən, 2019-cu ildə Gürcüstanda 2,5 mlrd. kubmetr təbii qaz istehlak olunub. Bu göstərici illik müqayisədə 15% çoxdur.
Qonşu ölkənin təbii qaza olan tələbatının 99,8%-i idxalın, yerdə qalan hissəsi isə daxili hasilatın hesabına təmin edilib.