Ötən il energetika sektoruna investisiyalar 12% azalıb

Ötən il energetika sektoruna investisiyalar 12% azalıb İnvestisiyaların azalması gələcək illərdə problemlərə səbəb ola bilər
Energetika
11 İyul , 2017 19:20
Ötən il energetika sektoruna investisiyalar 12% azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ Qlobal energetika sektoruna investisiyalar 2016-cı ildə 1,7 trln. ABŞ dolları təşkil edib və illik müqayisədə valyuta məzənnələrindəki dəyişikliklər nəzərə alınmaqla 12% azalma göstərib. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Enerji Agentliyinin (İEA) "World Energy Investment" adlı hesabatında verilib.

Hesabatda bildirilib ki, enerji effektivliyinə investisiyalar 2016-cı ildə 9%, elektrik şəbəklərinə isə 6% artsa da neft-qaz kəşfiyyatı və hasilatına investisiyalarda 25%-ə yaxın və elektrogenerasiya sahəsində 5% azalma bunu kompensasiya edib.

Energetika sektorunda ən böyük investor 2016-cı ildə bir əvvəlki ildə olduğu kimi yenə də Çin olub. Onun sərmayələrinin həcminin məcmu investisiyalarda xüsusi çəkisi 21% təşkil edib.

Hesabatda həmçinin qeyd olunub ki, 2014-cü illə müqayisədə 17% azalan investisiyalar hələ ki, enerji təhlükəsizliyi üçün narahatləq doğurmur. Enerji təminatında və elektrogenerasiyada mövcu olan əlavə güc potensialı vəziyyəti yumşaldır. Lakin, neft-qaz sektoruna investisiyaların və yeni investisiya qərarlarının azalması yaxın illərdə potensial risklərin meydana çıxmasına səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi