Energetika Nazirliyi ötən il 8 min müraciətə baxıb

Energetika Nazirliyi ötən il 8 min müraciətə baxıb 2021-ci ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı 7 min 914 müraciət daxil olub.
Energetika
28 Yanvar , 2022 17:18
Energetika Nazirliyi ötən il 8 min müraciətə baxıb

2021-ci ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı 7 min 914 müraciət daxil olub.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, bu dövrdə 6 min 587 müraciət müvafiq qaydada icra olunub, 359 müraciət isə baxılmaqdadır. 968 müraciət məlumat xarakterlidir.

Hesabat dövründə nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 41 onlayn vətəndaş qəbulu təşkil edilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 90-a yaxın müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi