Azərbaycanda ötən il elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda ötən il elektrik enerjisi istehsalı azalıb Ötən ilin dekabr ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib
Energetika
5 Yanvar , 2016 12:51
Azərbaycanda ötən il elektrik enerjisi istehsalı azalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2015-ci il ərzində isə ümumilikdə 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, ötən ilin dekabrında istehsal edilən elektrik enerjisi 2014-cü ilin sonuncu ayı ilə müqayisədə 0,2 mlrd. kVt/saat yaxud 9,09% azdır, 2015-ci il ərzində istehsal edilən elektrik enerjisi isə öncəki illə müqayisədə 0,2 mlrd. kVt/saat və ya 0,8% azdır.

Son xəbərlər

Orphus sistemi