​Ötən il əhalinin qazla təminatı 13% artıb

​Ötən il əhalinin qazla təminatı 13% artıb Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 353,9 km qaz kəməri də əsaslı təmir olunub
Energetika
27 Yanvar , 2015 19:49
​Ötən il əhalinin qazla təminatı 13% artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Ötən il ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 473 576 668 kubmetr həcmində təbii qaz satılıb və əvəzində 101,1% vəsait toplanıb. Bu da 2013-cü il ilə müqayisədə 272 005 040 kubmetr yaxud 12,4% artıqdır. "Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev deyib.

Ə.Hacıyevin sözlərinə görə, birlik tərəfindən itkilərinin azaldılması məqsədilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, istismara yararsız vəziyyətdə olan qaztənzimləyiciləri yeniləri ilə əvəz edilir:

"Qaz istismarı sahələri tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2014-cü ilin dekabr ayı ərzində müxtəlif diametrli borular vasitəsilə 49 673 p/m yeni qaz xətləri çəkilib, 136 ədəd qaztənzimləyici və 76 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Ümumiyyətlə, cari ilin yanvar-dekabr ayları ərzində 366 390 p/m yeni qaz xətti çəkilmiş, 1 267 ədəd qaztənzimləyici və 779 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Bir faktı da qeyd edək ki, ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 1436,56 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 353,9 km qaz kəməri əsaslı təmir olunub".

Son xəbərlər

Orphus sistemi