Yuxarı
    Bağlamaq

    Ötən il Ceyhan limanından 28,6 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

    İndiyədək bu liman vasitəsi ilə dünya bazarına 320 mln. tona yaxın Azərbaycan nefti yola salınıb

    Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən il ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına ixrac olunmuş Azərbaycan neftinin ümumi həcmi 28 640 827 ton təşkil edib.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 2016-cı ildə dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 2015-ci illə müqayisədə 1,5% azalıb.

    Keçən ilin dekabr ayı ərzində 1 887 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 374 823 tonunu (73%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

    Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il yanvarın 1-ə qədər Ceyhan limanından 319 834 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

    Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi