Ötən il Bakıda elektrik enerjisi istehsalı 14%-dən çox artıb

Ötən il Bakıda elektrik enerjisi istehsalı 14%-dən çox artıb 2019-cu il ərzində Bakı üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 577,1 mln manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib.
Energetika
3 Fevral , 2020 11:08
Ötən il Bakıda elektrik enerjisi istehsalı 14%-dən çox artıb

2019-cu il ərzində Bakı üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 577,1 mln manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. 

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqaisədə 1,5% azalıb. 2019-cu il ərzində 5 252,1 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3% çoxdur.  

Son xəbərlər

Orphus sistemi