Yuxarı
    Bağlamaq

    Ötən il “Azəriqaz” 150 yaşayış məntəqəsinə təbii qaz verib

    © Report

    Bakı. 10 yanvar. REPORT.AZ/ "Azəriqaz" İstehsalat Birliyi 2018-ci il ərzində 3 192,7 km yeni qaz kəməri quraşdırıb.

    “Azəriqaz”dan “Report”a verilən məlumata görə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunub.

     Ötən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi