Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 38,8 milyon ton neft nəql edilib

Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 38,8 milyon ton neft nəql edilib 2019-cu ildə Azərbaycanın magistral neft kəmərləri ilə 38 786,7 min ton neft nəql edilib.
Energetika
22 Yanvar , 2020 10:27
Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 38,8 milyon ton neft nəql edilib

2019-cu ildə Azərbaycanın magistral neft kəmərləri ilə 38 786,7 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi 2018-ci ildən 6,5% azdır.

Nəqletmənin 80,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, il ərzində bu kəmər vasitəsilə 31 135,1 min ton neft ötürülüb. 2019-cu ildə BTC ilə nəqletmənin həcmi 2018-ci illə müqayisədə 7,96% azdır.

Dövr ərzində BTC kəməri ilə 4,475 mln. ton (31% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Son xəbərlər

Orphus sistemi