Ötən il Azərbaycanda 483 çoxmərtəbəli binaya təbii qaz verilib

Ötən il Azərbaycanda 483 çoxmərtəbəli binaya təbii qaz verilib Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 71 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Energetika
5 Yanvar , 2018 14:58
Ötən il Azərbaycanda 483 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 71 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

“Report” Birliyə istinadən xəbər verir ki, həmin binalarda, ümumilikdə, 2 968 ailə yaşayır.

Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 483 olub ki, həmin binalarda da 21 445 mənzil vardır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi