Yuxarı
    Bağlamaq

    Ötən il Azərbaycanda 1,3 mln. ton avtomobil benzini istehlak edilib

    Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 4,1 mln. ton olub

    Bakı.18 fevral.REPORT.AZ/ Ötən il Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 4,1 mln. ton olub.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə neft məhsullarının istehlakı 10,7% artıb. Ümumi istehlakın 30,5 faizini avtomobil benzini, 26,3 faizini dizel yanacağı, 21,4 faizini mazut yanacağı, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 7,3 faizini aviasiya üçün və sair ağ neft, 4,2 faizini neft bitumu, 3,4 faizini maye qaz, 1,1 faizini sürtkü yağları, 1,0 faizini isə digər neft emalı məhsullarının istehlakı təşkil edib.

    Ötən il ölkədə 1,263 mln. ton avtomobil benzini, 1,090 mln. ton dizel yanacağı istehlak olunub. Avtomobil benzinin istehlakı 2015-ci ilə nisbətən 3,9%, dizel yanacağının istehlakı isə 6,2% azalıb.

    2016-cı ildə ölkədə istehlak edilən mazut yanacağının həcmi  887,4 min ton, neft-kimya sənayesində istifadə üçün benzinin həcmi 200,9 min ton, aviasiya üçün və s ağ neftin həcmi 302,1 min ton, neft bitumunun həcmi 173,4 min ton, maye qazın həcmi 141,8 min ton, sürtkü yağlarının həcmi 45,3 min ton, digər məhsulların həcmi isə 43,1 min ton olub. Ötən il mazut yanacağınnın istehlakı 2,2 dəfə, ağ neft istehlakı 44,8% artıb. Digər məhsullarının istehlakında isə azalma qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi