Ötən il Azərbaycanda 1,185 mln. ton avtomobil benzini istehsal edilib

Ötən il Azərbaycanda 1,185 mln. ton avtomobil benzini istehsal edilib Ötən il Azərbaycanda 1,185 mln. ton avtomibil benzini istehsal edilib
Energetika
21 Yanvar , 2019 17:58
Ötən il Azərbaycanda 1,185 mln. ton avtomobil benzini istehsal edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 099,5 mln. manat olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2017-ci illə müqayisədə 3% artıb.

Ötən il Azərbaycanda 1 185,6 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da 2017-ci ildən 2,4% azdır. Yanvarın 1-i tarixinə olan məlumata görə, 71,7 min ton hazır məhsul ehtiyatı qalıb.

Hesabat dövründə yanacaq mazutunun istehsalı 60% azalaraq 106,5 min ton təşkil edib.

2018-ci ildə digər neft məhsullarının istehsalında isə artım qeydə alınıb. Belə ki, 204,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 617 min ton ağ neft, 1 956,3 min ton dizel yanacağı, 154,7 min ton sürtkü yağları, 289,5 min ton neft bitumu, 244 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalının həcmi 2017-ci ildən 8,7%, ağ neft istehsalı 4,9%, dizel yanacağı istehsalı 3,2%, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22% artıb.

Son xəbərlər

Orphus sistemi