Ötən il Azərbaycan neftinin orta qiyməti 45,85 dollar/barel olub

Ötən il Azərbaycan neftinin orta qiyməti 45,85 dollar/barel olub Ötən il "Azeri Light" markalı neftin minimal qiyməti 28,80 dollar, maksimal - 57,14 dollar olub
Energetika
11 Yanvar , 2017 15:49
Ötən il Azərbaycan neftinin orta qiyməti 45,85 dollar/barel olub

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2016-cı ildə orta qiyməti 45,85 dollar/barel olub. “Report” xəbər verir ki, bu, 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 8,89 dollar/barel yaxud 16,24% azdır.

Məlumata görə, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti yanvarın 20-də qeydə alınıb və 28,80 dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə dekabrın 20-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 57,14 dollar/barelə təklif edilib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi