Ötən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edib

Ötən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edib Ötən il Gürcüstan Azərbaycandan 1 723,048 mln. kubmetr həcmində təbii qaz idxal edib.
Energetika
23 Yanvar , 2020 11:23
Ötən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edib

Ötən il Gürcüstan Azərbaycandan 1 723,048 mln. kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycandan qonşu ölkəyə ixrac olunan təbii qazın ümumi dəyəri 286 210,5 min dollara bərabər olub.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi 59 914,7 min kubmetr və ya 3,6% artıb.

2019-cu ildə Gürcüstanın ümumilikdə idxal etdiyi təbii qazın dəyəri 328 516,1 min dollar təşkil edib. Bu məhsulun tədarükündə illik müqayisədə 12,8% artım qeydə alınıb. Qonşu ölkənin təbii qaz idxalının 87,12%-i Azərbaycanın payına düşüb. 

Son xəbərlər

Orphus sistemi