Ötən il Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Ötən il Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub Ötən il Gürcüstan Azərbaycandan 1 101,975 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Energetika
15 Yanvar , 2020 17:51
Ötən il Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub
Pexels

Ötən il Gürcüstan Azərbaycandan 1 101,975 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

2019-cu ildə qonşu ölkə, ümumilikdə, 1 626,51 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bu həcmin də 67,75%-i Azərbaycanın payına düşüb.

İllik müqayisədə Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 128,945 milyon kilovatt/saat və yaxud 10,4% azaldıb.

Hesabat ilində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,42 milyon kilovatt/saata bərabər olub. Bunun da 12,104 milyon kilovatt/saatını Azərbaycan alıb. 

Son xəbərlər

Orphus sistemi