Azərbaycan ötən il 8,4 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan ötən il 8,4 mlrd. kubmetr qaz ixrac edib Gömrük bəyannamələri əsasında isə 1,3 mlrd. kubmetr həcmində təbii qaz ixrac olunub
Energetika
22 Yanvar , 2016 13:08
Azərbaycan ötən il 8,4 mlrd. kubmetr qaz ixrac edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan 2015-ci il ərzində sayğac göstəriciləri əsasında 8,405 mlrd. kubmetr təbii qaz ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2014-cü ildən 1,86% azdır.

Ötən il gömrük bəyannamələri əsasında isə 1,276 mlrd. kubmetr həcmində təbii qaz ixrac olunub ki, bu da 200,739 mln. ABŞ dolları təşkil edib.

Hesabat ilində ixrac olunan təbii qazın məbləği 2014-cü ildən 34% az olub.

Son xəbərlər

Orphus sistemi