Ötən il Azərbaycan 295 mln dollarlıq neft məhsulları ixrac edib

Ötən il Azərbaycan 295 mln dollarlıq neft məhsulları ixrac edib 2020-ci il ərzində ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 063 868,13 ton həcmində neft məhsulları ixrac edib
Energetika
15 Yanvar , 2021 18:14
Ötən il Azərbaycan 295 mln dollarlıq neft məhsulları ixrac edib

2020-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 063 868,13 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 295,1 mln. ABŞ dolları təşkil edib.

Ötən il ixrac olunmuş neft məhsullarının miqdarı daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə həcm baxımından 8,6 % çoxdur, dəyəri isə 36,2 % azdır.

Ötən il ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,15 % olub.

Son xəbərlər

Orphus sistemi