Ötən il AÇG-dən 28,9 mln. ton neft hasil edilib

Ötən il AÇG-dən 28,9 mln. ton neft hasil edilib Bu il AÇG yataqlar blokundan xam neft hasilatının 28 mln. ton olacağı proqnozlaşdırılır
Energetika
30 Yanvar , 2018 14:00
Ötən il AÇG-dən 28,9 mln. ton neft hasil edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2017-ci ildə 28 906,4 min ton xam neft hasil edilib.

“Report” hökumətə istinadən xəbər verir ki, AÇG-dən ötən il neft hasilatının həcmi 2016-cı ilə nisbətən 6,8% azalıb.

Ötən il ərzində ölkədə ümumilikdə 38 688,9 min ton (2016-cı ildən 5,7% az) neft hasil edilib. Hasil olunan neftin 28 906,4 min tonu AÇG, 2 355,4 min tonu “Şahdəniz” (kondensat), 7 427,1 min tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də AÇG-nin 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

AÇG yataqlar blokundan xam neft hasilatının həcminin 2018-ci ildə 28 mln. ton (204,4 mln. barel) olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi