Ötən il 31,3 mln. ton AÇG nefti və “Şahdəniz” kondensatı ixrac edilib

Ötən il 31,3 mln. ton AÇG nefti və “Şahdəniz” kondensatı ixrac edilib Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci il ərzində 32 844,3 min ton neft ixrac edib.
Energetika
30 Yanvar , 2018 17:07
Ötən il 31,3 mln. ton AÇG nefti və “Şahdəniz” kondensatı ixrac edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan 2017-ci il ərzində 32 844,3 min ton neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində 2017-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Ötən il ixrac olunan neftin 31,3 mln. tonu Konsorsiumun (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) - “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku, “Şahdəniz” konsorsiumu -“Şahdəniz” yatağı üzrə kondensat), 1,6 mln. tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatının payına düşür.

Ötən il ixrac olunan neftin həcmi 2016-cı ilə nisbətən 6,1% azdır.

SOCAR-ın 2017-ci ildə hasil etdiyi neftin ixraca yönəldilən həcminin 1 498,1 min tonu Bakı-Novorossiysk kəməri, 60 min tonu isə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunub. Bakı-Novorossiysk kəməri ilə nəqlin həcmi 15% artıb, BTC ilə isə 57% azalıb.

Ötən il Bakı-Supsa kəməri ilə 3 791,2 min ton AÇG nefti ixrac edilib. Bu həcm isə 2016-cı ilə nisbətən 6,9% azalıb.

2017-ci ildə BTC ilə 27 220,5 min ton AÇG nefti və “Şahdəniz” kondensatı ixrac edilib. Bu həcm isə 2016-ci ildən 6,4% azdır.

Ötən il 274,5 min ton (28,9% az) həcm isə İranın NICO şirkətinə verilib.

Qeyd edək ki, 2017-ci il ərzində ölkədə 38,7 mln ton neft hasil edilib. Hasil olunan neftin 28,9 mln tonu AÇG-nin, 2,4 mln tonu “Şahdəniz”in (kondensat), 7,4 mln tonu SOCAR-ın payına düşür.

Son xəbərlər

Orphus sistemi