Yuxarı

Ötən iki ildə Azərbaycanda 64 yarımstansiyanın tikintisi və yenidənqurulması həyata keçirilib

Ötən iki ildə “Azərişıq” 64 yarımstansiyanın tikintisin

2017-2018-ci illərdə “Azərişıq” ASC tərəfindən 110 kV-luq 18 ədəd yarımstansiyanın tikintisi və 97,4 km xəttin çəkilişi həyata keçirilib. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib.

Bundan əlavə, “Azərişıq” tərəfindən 35 kV-luq 41 ədəd yarımstansiyaların tikintisi və 732,9 km-lik xəttin çəkilişi, 106 kV-luq 1648 ədəd transformator məntəqələrinin (TM) və komplekt transformator məntəqələrinin (KTM) və 2493 km hava xətlərinin tikintisi, 0,4 kV-luq 12 793 km hava xətlərinin, kabel xətlərinin və ÖİN xətlərinin tikintisi, 374 216 ədəd müxtəlif gərginlikli dayaqların quraşdırılması və 505 620 ədəd yeni elektrik sayğaclarının quraşdırılması işləri görülüb.

Həmçinin 2019-cu ilin birinci yarısında 110 kV-luq 5 ədəd yarımstansiyaların yenidənqurulması və 25,8 km hava xəttinin quraşdırılması, 35 kV-luq 61,8 km hava və kabel xəttinin çəkilişi, 106 kV-luq 83 ədəd TM və KTM-lərin tikintisi və 345,2 km xətlərin quraşdırılması, 0,4 kV-luq 2493,3 km xətlərin quraşdırılması, 41 123 ədəd müxtəlif gərginlikli dayaqların quraşdırılması və 135 040 ədəd uçot dəstlərinin bərpası təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi