Ötən ay SOCAR Ukraynaya 5,1 min ton LPG idxal edib

Ötən ay SOCAR Ukraynaya 5,1 min ton LPG idxal edib SOCAR Ukraynaya LPG idxal edən 15 şirkət arasında doqquzuncu olub
Energetika
243
4 Noyabr , 2020 11:56
Ötən ay SOCAR Ukraynaya 5,1 min ton LPG idxal edib

Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 5,1 min ton mayeləşdirilmiş neft qazı (LPG) idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 1 min ton və ya 16,4% azdır.

Bununla da SOCAR Ukraynaya LPG idxal edən 15 şirkət arasında doqquzuncu olub.

2020-ci ilin oktyabr ayında Ukraynaya LPG idxalının həcmi 138,5 min ton təşkil edib ki, bu da sentyabr ayının göstəriciləri ilə müqayisədə demək olar eynidir. Belə ki, sentyabrda Ukraynaya idxal edilən LPG-nin həcmi 137,4 min ton (+0,8) təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə ölkəyə 1 mln 305 min ton ton LPG idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur.

Ölkəyə LPG idxal edən şirkətlər arasında isə ilk yeri “Nadejda” tutur. Bu şirkət ötən ay Ukraynaya 16 min ton mayeləşdirilmiş təbii qaz idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə 19,4% çoxdur.

Rusiyanın “Lukoil” şirkətinin törəmə “Qran pri Oil” şirkəti isə bu siyahıda ikinci yeri tutub. Bu ilin oktyabr ayında bu şirkətin Ukraynaya LPG idxalı sentyabr ayı ilə müqayisədə 16,2% azalaraq 14,5 min ton təşkil edib.

Ukraynaya LPG idxalında liderlərin üçlüyünü “Privat” şirkəti qapadır. Bu ilin oktyabr ayında bu şirkət 11,7 min ton LPG idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1,9 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi