Ötən ay Rusiya neft hasilatını artırıb

Ötən ay Rusiya neft hasilatını artırıb ​Ötən ay Rusiyada neft hasilatı 1% artıb
Energetika
2 May , 2020 13:05
Ötən ay Rusiya neft hasilatını artırıb

Bu ilin aprel ayında Rusiyada kondensat daxil olmaqla neft hasilatı 46,45 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 1% çoxdur.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin operativ hesabatında deyilir.

Ümumilikdə, cari ilin yanvar-aprel ayları ərzində Rusiyada kondensatla birgə neftin hasilatı 186,82 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 0,8% çoxdur.

2020-ci ilin yanvar-aprel aylarında Rusiyanın xam neftinin MDB ölkələrinə ixracı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 2,2% artaraq 83,79 milyon ton təşkil edib.

Aprel ayında Rusiyada qaz hasilatının həcmi 55,14 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin eyni ayına nisbətən 14,3% azdır.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 2019-cu ilin analoji dövrü ilə müqayisədə qaz hasilatı 8% azalaraq 240,55 mlrd. kubmetr təşkil edib.

Son xəbərlər

Orphus sistemi