Neft hasilatına dair məlumatlar açıqlanıb

Neft hasilatına dair məlumatlar açıqlanıb Oktyabr ayında OPEC+ formatının iştirakçısı ölkələri neft hasilatının ixtisarına dair razılaşmanı 116 faiz yerinə yetiriblər.
Energetika
101
27 Noyabr , 2021 00:45
Neft hasilatına dair məlumatlar açıqlanıb

Oktyabr ayında OPEC+ formatının iştirakçısı ölkələri neft hasilatının ixtisarına dair razılaşmanı 116 faiz yerinə yetiriblər.

“Report” xəbər verir ki, OPEC ölkələri bu razılaşmanı 121 faiz, qeyri-OPEC ölkələri isə 106 faiz icra edərək hasilat həcmini gündəlik 217 min barel artırmaqla bazara bütövlükdə gündə 27,5 milyon barel neft çıxarıblar.

Sözügedən razılaşma sentyabr ayında 115 faiz, avqustda isə 119 faiz yerinə yetirilib.

OPEC+ Nazirlər Monitorinq Komitəsinin 2 dekabr tarixinə təyin olunmuş iclası ərəfəsində iştirakçı ölkələr hələ də hasilatda ortaq məxrəcə gəlməyib. KİV-də yayılan xəbərlərə görə, gündəlik hasilatı hər ay 400 min barel artırmaq barədə Səudiyyə Ərəbistanı və Rusiya arasındakı razılaşdırılmış plana qarşı Birləşmiş Ərəb Əmirklikləri və Küveyt etiraz ediblər.

Son xəbərlər

Orphus sistemi