Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb

Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb
Energetika
16 Yanvar , 2019 12:48
Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi və satışından toplanmış vəsaitin məbləği açıqlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası üzrə 2018-ci ilin dekabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, dekabr ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 27 608 756 kubmetr, dəyəri isə 171 553 manat olub. Hesabat ayında təbii qazın istifadəsinə görə daxil olan vəsaitin həcmi isə 416 616 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 105,9 olub.

Belə ki, Naxçıvan şəhərinə verilən təbii qazın ümumi həcmi 4 221 643 kubmetr, verilən təbii qazın ümumi dəyəri 593 476 manat, daxil olan vəsaitin həcmi 596 033 manat olub, təbii qazın istifadəsinə görə yığımı isə 100,4% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 841 536 kubmetr, verilən təbii qazın ümumi dəyəri 109 649 manat, daxil olan vəsaitin həcmi isə 110 109 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığım isə 100,4% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 385 498 kubmetr, verilən təbii qazın ümumi dəyəri 175 822 manat, daxil olan vəsaitin həcmi isə 175 970 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığım isə 100,1% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 351 283 kubmetr, verilən təbii qazın ümumi dəyəri 169 722 manat, daxil olan vəsaitin həcmi isə 169 825 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şərur rayonuna verilən təbii qazın ümumi həcmi 2 516 900 kubmetr, verilən təbii qazın ümumi dəyəri 296 899 manat, daxil olan vəsaitin həcmi 297 061 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 302 752 kubmetr olub. Bu rayona verilən təbii qazın ümumi dəyəri 34 644 manat, daxil olan vəsaitin həcmi 34 656 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığım 100% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 039 983 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 132 985 manat, daxil olan vəsaitin həcmi 133 001 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığım 100% olub.

Dekabrda Babək rayonu verilən təbii qazın ümumi həcmi 2 599 670 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 370 967 manat, daxil olan vəsaitin həcmi 370 973 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığım 100% olub.

2018-ci ilin son ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 1 334 9491 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 2 287 389 manat, daxil olan vəsaitin həcmi 2 528 988 manat olub. Müəssisə və təşkilatların təbii qazın istifadəsinə görə yığımı 110,6% olub.