Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb

Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına təbii qazın istifadəsinə görə yığım 100 % təşkil edib, müəssisə və təşkilatları üzrə isə 94,1 % olub.
Energetika
247
8 Dekabr , 2020 11:55
Ötən ay Naxçıvana verilmiş təbii qazın həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası üzrə bu ilin noyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, noyabr ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 23 mln 258 min 610 kubmetr, dəyəri isə 3 mln 261 min 646 manat olub. Hesabat ayında təbii qazın istifadəsinə görə daxil olan vəsaitin həcmi isə 3 mln 143 min 982 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 96,4 % olub.

Belə ki, Naxçıvan şəhərinə verilən təbii qazın ümumi həcmi 3 659 678 kubmetr, verilən təbii qazın ümumi dəyəri 481 340 manat, daxil olan vəsaitin həcmi 481 372 manat olub, təbii qazın istifadəsinə görə yığımı isə 100 % icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 515 min 557 kubmetr, verilən təbii qazın ümumi dəyəri 62 min 779 manat, daxil olan vəsaitin həcmi isə

62 min 783 manat təşkil edib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 807 min 182 kubmetr, verilən təbii qazın ümumi dəyəri 99 min 202 manat, daxil olan vəsaitin həcmi də

99 min 202 manat olub.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 916 min 930 kubmetr, verilən təbii qazın ümumi dəyəri 110 min 393 manat, daxil olan vəsaitin həcmi isə 110 min 394 manat olub.

Şərur rayonuna verilən təbii qazın ümumi həcmi 1 mln 802 min 465 kubmetr, verilən təbii qazın ümumi dəyəri 202 min 326 manat, daxil olan vəsaitin həcmi isə 292 min 346 manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 198 min 329 kubmetr olub. Bu rayona verilən təbii qazın ümumi dəyəri 22 min 556 manat, daxil olan vəsaitin həcmi 22 min 559 manat olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 674 min 809 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 84 min 470 manat, daxil olan vəsaitin həcmi isə 84 min 474 manat olub.

Noyabrda Babək rayonu verilən təbii qazın ümumi həcmi 1 mln 618 min 363 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 203 min 133 manat, daxil olan vəsaitin həcmi 203 min 140 manat olub.

Bütün bu rayonlarda təbii qazın istifadəsinə görə yığım 100 % təşkil edib.

Ötən ay Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 13 mln 065 min 297 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 1 mln 995 min 447 manat, daxil olan vəsaitin həcmi 1 mln 877 min 712 manat olub. Müəssisə və təşkilatların təbii qazın istifadəsinə görə yığımı 94,1 % olub.

Son xəbərlər

Orphus sistemi