Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında “Ukrtransnafta” Kremençuq Neft Emalı Zavoduna (NEZ) 103,6 min ton “Azeri Light” markalı neft çatdırıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Ümumilikdə ötən ay şirkətin daxili istehlak üçün tədarükü 57% artaraq 185 min ton təşkil edib.
Qeyd edək ki, bu il Kremençuq NEZ-ə 1,3 mln. ton həcmində Azərbaycan neftinin nəqli nəzərdə tutulur. “Ukrtatnafta” (Zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik həmin həcmdə xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub. Zavoda ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.