Ötən ay Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb

Ötən ay Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb Ötən ay Gürcüstan 200 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Energetika
2 Dekabr , 2019 11:19
Ötən ay Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb

Ötən ay Gürcüstan 200 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin aldığı elektrik enerjisinin həcmində 10% azalma qeydə alınıb.

Noyabr ayında idxal olunan elektrik enerjisinin 60%-i Rusiya, 40%-i isə Azərbaycanın payına düşüb.

Yanvar-noyabr aylarında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1415 milyon kilovatt/saat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10% çoxdur.

Son xəbərlər

Orphus sistemi