Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb Ümumilikdə, yanvar-iyul aylarında limandan ixrac olunmuş neftin həcmi 14 707 802 ton təşkil edib
Energetika
2 Avqust , 2017 17:13
Ötən ay Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında 2 416 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, bunun 1 milyon 678 min 704 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumilikdə, yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 707 802 ton təşkil edib. BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-nə qədər isə Ceyhan limanından 334 542 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

Son xəbərlər

Orphus sistemi