Ötən ay BTC kəməri ilə 2,5 mln. tona yaxın Azərbaycan nefti nəql olunub

Ötən ay BTC kəməri ilə 2,5 mln. tona yaxın Azərbaycan nefti nəql olunub Kəmər istifadəyə verilən gündən bəri kəmərə 323 mln. 950 min 325 ton neft vurulub
Energetika
6 Fevral , 2017 12:42
Ötən ay BTC kəməri ilə 2,5 mln. tona yaxın Azərbaycan nefti nəql olunub

Bakı. 6 fevral. REPORT.AZ/ 2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 412 min 263 ton Azərbaycan nefti nəql olunub.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 mln. 950 min 325 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi