Ötən ay BTC kəməri ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub

Ötən ay BTC kəməri ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub Cari ilin yanvar-iyul aylarında bu kəmərlə 15 577 521 ton neft ötürülüb
Energetika
2 Avqust , 2017 17:10
Ötən ay BTC kəməri ilə 2,4 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 234 ton Azərbaycan nefti nəql olunub. 

Bu barədə “Report”a Azəırbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə isə yanvar-iyul aylarında kəmərlə 15 577 521 ton neft ötürülüb. Kəmər istifadəyə verilən gündən 2017-ci il avqustun 1-nə qədər isə BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. 

Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəmərlə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.

Son xəbərlər

Orphus sistemi