Ötən ay “Azəristiliktəchizat” 373 vətəndaş müraciəti qəbul edib

Ötən ay “Azəristiliktəchizat” 373 vətəndaş müraciəti qəbul edib Ötən ay “Azəristiliktəchizat” ASC-nin “Çağrı Mərkəzi” vasitəsilə 373 vətəndaş müraciəti qəbul edilib.
Energetika
9 avqust 2023 14:12
Ötən ay “Azəristiliktəchizat” 373 vətəndaş müraciəti qəbul edib

Ötən ay “Azəristiliktəchizat” ASC-nin “Çağrı Mərkəzi” vasitəsilə 373 vətəndaş müraciəti qəbul edilib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Bunlardan 149-u istilik və isti su təchizatı xidmətləri, borcla əlaqədar, 224-ü isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi