Ötən ay “Azəriqaz”ın 7 minə yaxın yeni abonenti qeydə alınıb

Ötən ay “Azəriqaz”ın 7 minə yaxın yeni abonenti qeydə alınıb
Energetika
58
11 Mart , 2020 12:20
Ötən ay “Azəriqaz”ın 7 minə yaxın yeni abonenti qeydə alınıb

2020-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 895 yeni abonent qeydiyyata alınıb.

“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bunun 4 385-i Bakı, Abşeron və Sumqayıt, 2 510-u isə regionlar üzrədir. 2020-ci ilin ilk 2 ayında əhali sektoru üzrə 18 446 yeni abonent qeydiyyata alınıb. 11 852 abonent Bakı, Abşeron və Sumqayıt, 6 594 abonent isə regionların payına düşür.

Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan ümumi abonent sayı əhali sektoru üzrə 2 milyon 265 min 721-ə bərabərdir. Bakı şəhəri üzrə abonentlərin sayı 872 384, regionlar üzrə isə 1 milyon 393 min 337 təşkil edir. İlin sonunadək yeni abonentlərin sayının təqribən 100 minə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, bu il martın 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.